Bu gün Peşəkar Futbol Liqasında prezident seçkisi baş tutub.
İdmanxeber.az-a verilən məlumata görə, Elxan Səmədov növbəti dəfə quruma rəhbər seçilib. O, qarşıdakı 4 il müddətində Peşəkar Futbol Liqasının prezidenti olacaq.
Xatırladaq ki, tədbirdə Azərbaycan Premyer Liqa, I Liqa və II Liqa klublarının nümayəndələri iştirak edib.

