28 İyul 2026
Dünya futbolu

“Borussiya” istədiyi transferi bitirir

Dortmund “Borussiya”sı daha bir gənc istedadı heyətinə qatmağa yaxındır.

İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi “Genk”in yarımmüdafiəçisi Konstantinos Karetsasın transferində yekun mərhələyə çatıb.

Bildirilir ki, klublar arasında razılıq demək olar əldə olunub və futbolçunun qısa müddətdə tibbi müayinədən keçəcəyi gözlənilir.

17 yaşlı yunan futbolçu ötən mövsüm “Genk” forması ilə 39 oyunda 7 qol vurub və 9 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43