04 İyun 2026
Ölkə futbolu

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə akademiyalar, təhsil məktəbləri və idman məktəblərinin komandalarının nümayəndələri və koordinatorları arasında görüş keçirilib.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurumun inzibati binasında baş tutan toplantıda liqalarda başa çatmaqda olan mövsüm və 2025/2026 mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub.

Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43