AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısı keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, növbəti iclasın bu həftə olacağı dəqiqləşib.
İclası Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında gerçəkləşəcək.
İclasın gündəmində bir çox məsələlər yer alacaq ki, onların da içərisində Premyer Liqa sonuncusunun I Liqanın 3-cüsü ilə pley-off matçları oynayıb-oynamayacağı yer alıb.

