Peşəkar Futbol Liqası (PFL) səlahiyyətlərindən və maliyyə dayaqlarından biri olan legioner rüsumunu yeni mövsümdən də özü toplayacaq.
İdmanxeber.az-a daxil olan məlumata görə, AFFA İcraiyyə Komitəsinin bu günə kimi keçirilən iclaslarında ortaya nəticə hasil olmadı və qurum bu məsələni yenidən PFL-in ixtiyarında saxladı.
AFFA İcraiyyə Komitəsi PFL-dən bu səlahiyyətin alınması ilə bağlı qərar verməyi düşünürdü. Lakin son anda bu qərar daha bir mövsüm təxirə salınıb.
Bununla da, 2025/2026 mövsümündə elita təmsilçiləri müqavilə bağladıqları əcnəbi futbolçuların qeydiyyata alınması üçün vəsaiti həmişəki kimi çempionatın təşkilatçısı olan PFL-ə ödəyəcək

