“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp İtaliyada çalışa bilər.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssisin “Roma”nın başına keçəcəyi iddia edilir. O, paytaxt klubundan gələn təklifi qəbul edib.
Mövsümün sonunda Ranyerinin “canavarlar”dan ayrılacağı gözlənilir.
Klopp 2015-2024 illərdə “Liverpul”u çalışdırıb. O, klubla həm Premyer Liqa, həm də Çempionlar Liqasının qalibi olub.

