Antuan Qrizmann cari mövsümün sonunda “Atletiko”nu tərk edəcək.
İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçu Amerika klublarının maraq dairəsindədi. O, böyük ehtimalla karyerasını MLS-də davam etdirəcək. Qrizmann “Los-Anceles” klubu ilə danışıq aparır.
34 yaşlı oyunçu ilə “Atletiko” arasında hazırkı müqavilənin müddəti 2026-cı ilin iyunun sonunda başa çatacaq.

