29 İyun 2026
Ölkə futbolu

Yeni müqavilə təklif olunmadı, “Neftçi”ni tərk etdi

“Neftçi”nin legioneri komandadan ayrılır.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Yuri Matiasdan gedir. O, artıq komanda ilə sağollaşıb. Futbolçu “ağ-qaralar”dan ayrılır.

Daha öncə mətbuatda müdafiəçinin  komandada qalacağı bildirilsə də, təcrübəli oyunçu “Neftçi”dən gedir.

Matias klubla yeni müqavilə imzalamayacaq. Onun karyerasını ölkəsi Braziliyada davam etdirəcəyi gözlənilir.

Xatırladaq ki, futbolçunun klubla sözləşməsi mövsüm sonu başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43