Ölkə futbolu

AFFA “Qəbələ”ni 720 manat cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan 1-ci Divizionunun 23-cü turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Qəbələ-2″nin futbolçusu Rauf Rüstəmli və komandanın meneceri Muraz Muradlı “Araz Naxçıvan”la matçda hakimi təhqir etdikləri üçün cəzalanıblar. Oyunçuya 4, klub rəsmisinə isə 5 oyunluq cəza verilib.

Həmçinin klub ümumilikdə 720 manat cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43