11 İyul 2026
Dünyadan

Aleksis Sançez rekordun astanasında

“Arsenal”ın futbolçusu Aleksis Sançez klubda olan ilk mövsümündəcə rekorda imza ata bilər.

İdmanxeber.com-un məlumatına görə, çilili futbolçu London klubunun heyətində bütün turnirlər daxil olmaqla 24 qola imza atıb.

Sançez daha iki qol vursa “Arsenal”ın canlı əfsanəsi Tyerri Anrinin rekordunu təzələmiş olacaq. O, ilk mövsümdə 26 qol vurmuşdu.

Xatırladaq ki, “Arsenal”ın bu mövsüm cəmi 5 oyunu qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43