11 İyul 2026
Dünyadan

Dəqiqləşdi: “Bavariya”nın 4 futbolçusu “Barselona”ya qarşı oynamayacaq

Çempionlar Liqasınınm yarımfinal mərhələsinin ilk görüşündə İspaniyada “Barselona” ilıə qarşılaşacaq “Bavariya” artıq bu ölkəyə yollanıb.

İdmanxeber.com-un məlumatına görə, Münhen klubu Kataloniyaya ciddi itkilərlə gələcək. Belə ki, Almaniya nəhənginin heyətində  Aryen Robben, Frank Riberi, David Alaba və Holqer Badştuber İspaniyaya gəlməyib. 

Hər 4 futbolçu zədə səbəbindən “Barselona” ilə ilk görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, “Barselona” – “Bavariya” oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43