22 İyul 2026
Dünya futbolu

Alonso braziliyalıya sahib çıxdı

“Real”ın baş məşqçisi Xabi Alonso Vinisius Juniora tam dəstək verir.

İdmanxeber.az xəbər verir ki, klub daxilində braziliyalı futbolçunun çıxışı ilə bağlı yayılan narazılıq iddialarına baxmayaraq, Alonso onu əsas oyunçulardan biri hesab etdiyini bildirib.

Vinisius La Liqanın son turunda “Levante”yə (4:1) qarşı oyunda qol vurub və məhsuldar ötürmə edib, matçın ən yaxşı futbolçusu seçilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43