22 İyul 2026
Dünya futbolu

“İnter”in müdafiəçisi Premyer Liqaya doğru

“İnter”in müdafiəçisi Denzel Dumfris karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı niderlandlı ilə “Mançester Siti” və “Mançester Yunayted” maraqlanır. Hər iki klub onu qarşıdakı transfer pəncərəsində heyətinə qatmaq istəyir.

Dumfris “İnter”in heyətində 181 oyun keçirib, 23 qol vurub və 26 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43