“Real”ın baş məşqçisi Karlo Ançelotti Kral Kubokunun final oyunundan sonra istefa verə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi Çempionlar Liqası ilə vidalaşıb. Komanda hazırda 66 xalla La Liqada ikinci yerdədir.
Rəhbərlik son şans kimi Kral Kubokunu görür. Əgər “Real” final matçında “Barselona”nı məğlub edə bilməsə, baş məşqçi göndəriləcək.
Kubokun həlledici matçı aprelin 26-da baş tutacaq.

