07 İyul 2026
Ölkə futbolu

“Sabah” “Mançester Siti”yə məğlub oldu

Türkiyənin Antalya şəhərində “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib. 

İdmanxeber.az xəbər verir ki, “Sabah”ın U-13 və U-15 komandaları turnir çərçivəsində ilk oyunlarını keçiriblər. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nasir Nəsirlinin baş məşqçisi olduğu U-13 ilk matçında İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşıb. Görüş rəqibin 5:3 hesablı qələbəsi ilə nəticələnib. “Sabah”ın heyətində Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.

Şahin Zeynalovun çalışdırdığı U-15 isə ilk oyununda İspaniyanın “Rayo Valyekano” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. “Sabah”ın qolunu Ayxan İbadov vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43