Ölkə futbolu

Ansi Aqolli: “Bu oyun bizim üçün çox yaxşı təcrübə oldu”

Ansi Aqolli məğlubiyyətdən danışıb.

“Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli dünən keçirilən “Arsenal”la oyundan sonra mətbuata açıqlama verib. O, kifayət qədər qol imkanlarının olduğunu bildirib:

“Bəli, məğlub olduq. Qol vurmaq üçün kifayət qədər qol imkanlarımız olsa da, yararlana bilmədik. Rəqibimiz çox güclü komanda idi. Düşünürəm ki, bu oyun bizim üçün çox yaxşı təcrübə oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43