Dünya futbolu

“Vorskla”nın baş məşqçisi: “Qarabağ” böyük komandadır”

“Vorskla” evdə “Sportinq”ə 1:2 hesabı ilə məğlub olub.

Dünən  Avroliqanın qrup mərhələsinin ikinci turunda doğma meydanda “Sportinq”ə məğlub olan “Vorskla”nın baş məşqçisi Vasili Saçko oyun barəsində açıqlma verib. O, “Qarabağ”la oynanılacaq oyun barəsində də danışıb:

“Ardıcıl ikinci oyunumuzda da məğlub olduq. Bu vəziyyəti xeyrimizə dəyişməliyik. “Qarabağ” bizim üçün asan rəqib deyil. Onlar böyük komandadır. Lakin biz də meydana çıxıb əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, E qrupunda yer alan “Vorskla” ilə “Qarabağ”ın aktivində xal yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43