07 İyul 2026
Dünya futbolu

Ansu Fati “Real”a keçəcək? – atası açıqladı

“Barselon”da çıxış edən Ansu Fatinin atası Bori Fati maraqlı açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, hazırda İspaniya millisinin də şərəfini qoruyan gənc ulduzun atası ona verilən “gələcəkdə oğlunuzu “Real”da görə bilərikmi?” – sualına belə cavab verib:

“Gələcəkdə nələrin olacağını baş verə biləcəyini indidən demək mümkün deyil. Hər şey ola bilər”.

Qeyd edək ki, Fatinin “Barsa” ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43