07 İyul 2026
Dünya futbolu

Argentina birinci, Braziliya üçüncü olacaq – FİFA reytinqi

Argentina millisi FİFA reytinqinin növbəti yeniləməsində birinci pilləyə yüksələcək.

İdmanxeber.az-ın məlumatına görə, Lionel Skaloninin komandası yoldaşlıq görüşlərində Panama (2:0) və Kurakaonu (7:0) məğlub edib.

Bu nəticələrin ardından yığmanın aprelin 6-da yenilənəcək FİFA reytinq siyahısında 1841 xalla birinci pilləyə yüksəlməsi ehtimal olunur. Komanda sonuncu dəfə 2017-ci ildə bu uğuru yaşayıb.

Mərakeşlə yoldaşlıq oyununda (1:2) uduzan Braziliya millisinin 3-cü, Fransanın isə ikinci sırada olması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43