Ölkə futbolu

“Araz” – “Eyndhoven” matçında 9 qol

Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda D qruplarının oyunlarına start verilib.

Son Azərbaycan çempionu “Araz” ilk turda Hollandiyanın “Eyndhoven” klubu ilə qarşılaşıb. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayıb.

Fasiləyə 3:2 hesabı ilə yollanan “Araz” ikinci hissədə daha 3 dəfə rəqib qapısına yol tapa bilib. Yekun nəticədə rəqibini 6:3 hesabı ilə məğlub edən komandamız turnir cədvəlinin lideri olub.

“Araz” (Azərbaycan) – “Eyndhoven” (Hollandiya) – 6:3

Qollar: Auqusto, 5 (1:0), Edu, 7 (2:0), Bali, 9 (2:1), El Attabi, 10 (2:2), Rafael, 11 (3:2), Biro Jade, 24 (4:2), Borisov, 30 (5:2), Qəmbərov, 31-avtoqol (5:3), Amadeu, 34 (6:3)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43