03 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan”da yeni təyinat

Futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”da klubdaxili iclas keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərliyinin qərarı ilə Eldəniz Yusubov Naxçıvan təmsilçisinin icraçı direktoru təyin olunub.

Müxətlif illərdə AZAL, “Neftçi”, “Şamaxı”da, eləcə də Azərbaycan Futzal Federasiyasında çalışan funksioner kollektivə təqdim edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43