“Real”ın futbolçusu Arda Gülər bazar dəyərinə görə türk oyunçular arasında tarixə düşüb.
İdmanxeber.az xəbər verir ki, “transfermarkt”a əsasən, 20 yaşlı yarımmüdafiəçinin qiyməti 60 milyon avroya yüksəlib. Bu, indiyədək türkiyəli futbolçular arasında ən yüksək göstəricidir.
Reytinqdə ikinci yerdə “Yuventus”un üzvü Kənan Yıldız (50 milyon avro) qərarlaşıb. Gülər bu mövsüm “Real”da 9 oyunda 3 qol və 4 asistlə fərqlənib. Onun klubla müqaviləsi 2029-cu ilə qədərdir.

