“Real”ın yeni futbolçusu Arda Gülerin son durumu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi menisküs zədəsi səbəbindən ən azı iki ay oynamayacaq. Güler ABŞ-da Madrid turunda iştirakını vaxtından əvvəl başa vurub.
Yaxın vaxtlarda onun Madridə müalicəsinə başlanılacaq. Arda Madrid klubu ilə 2029-cu ilin iyunun sonuna qədər müqavilə imzalayıb.

