11 İyul 2026
Dünya futbolu

Arsen Venger PSJ və “Real”ın təklifini geri çevirib

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, o, karyerası ilə bağlı danışıb. Venger vaxtı ilə “Real”, “Yuventus” və PSJ kimi klubların təkliflərini geri çevirdiyini bildirib:

“Düşünürəm ki, mənim üçün vacib olanı etdim. Amma insanlar həmişə mühakimə edirlər. Necə davranmalı olduğumu yaxşı bilirəm. Qərarıma görə, heç vaxt peşman olmamışam. Bu gün də bir çox insan yanıma gəlir və mənə “Arsenal”da etdiklərim üçün təşəkkür edir. Mənə görə, “topçular”  təmsil etdiyi dəyərlərə görə bütün dünyada hörmət sahibidi”.

Venger 1996-2018-ci illərdə “Arsenal”da çalışıb. Onun rəhbərliyi altında klub üç dəfə İngiltərə çempionu olub, yeddi dəfə ölkə kubokunu və Superkubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43