“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets sosial şəbəkə hesabından paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, o, Kataloniya klubunu həmişəlik tərk etmədiyini açıqlayıb. Buskets “Mən vidalaşmıram, görüşərik deyirəm” – deyə, bildirib.
34 yaşlı oyunçu “Barselona” ilə müqaviləsini yeniləməyib və bu ilin iyununda klubu tərk edəcək.

