“Barselona”nın gənc futbolçusu Dani Rodriges İngiltərə Premyer Liqasına yollana bilər.
İdmanxeber.az xəbər verir ki, 20 yaşlı vinger “Arsenal”ın transfer siyahısındadır. Onun bazar dəyəri 1 milyon avro olaraq göstərilir, “Barselona” ilə müqaviləsi isə 2027-ci ilin yayına qədərdir.
Bildirilir ki, London klubunun bu keçiddə əsas rəqibi “Atletik”dir. Premyer Liqaya liderlik edən “Arsenal” heyət dərinliyini artırmaq niyyətindədir.

