“Sportinq”in hücumçusu Viktor Qyokereş karyerasını “Arsenal”da davam etdirə bilər
İdmanxeber.az-ın məlumatına görə, londonlular 26 yaşlı isveçlinin yay transfer pəncərəsində mümkün transferi ilə bağlı danışıqlara başlayıb. Futbolçu özü də Premyer Liqada oynamağa müsbət yanaşır.
Bu mövsüm Qyokereş 46 oyun keçirib, 47 qol vurub və 11 məhsuldar ötürmə edib.

