05 İyun 2026
Dünya futbolu

“Arsenal” “Nyukasl”ın hücumçusunu alır

“Arsenal” “Nyukasl”ın hücumçusu Antoni Qordonu transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, londonlular artıq 24 yaşlı ingilisin transferi ilə bağlı ilkin danışıqlar aparıb. 2024/25 mövsümündə Qordon bütün yarışlarda 42 matçda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Onun müqaviləsi 2024-cü ildə uzadılıb. “Transfermarkt” oyunçunun transfer dəyərini 65 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43