22 İyul 2026
Dünya futbolu

“Arsenal”da yeni müqavilə

Mayls Lyuis-Skelli “Arsenal”la müqaviləsini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 18 yaşlı müdafiəçi ilə yeni uzunmüddətli müqavilə imzaladığını açıqlayıb. Fabrizio Romano bildirib ki, sözləşmə 2030-cu ilə qədər davam edəcək.

Lyuis-Skelli ötən mövsüm “Topçular”ın əsas komandasında debüt edib və bütün yarışlarda 39 oyuna çıxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43