Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv F qrupundakı 3-cü sınağında Estoniyanı qəbul edib. “Dalğa Arena”da oynanılan görüşdə hesabı qonaqlar açıb.
Fasiləyə 1:0 üstün yollanan estonlar ikinci yarıda hesabı qoruya bilməyiblər.
Anton Krivotsyuk küncdən zərbə zamanı başla zərbə ilə topu rəqibin qapısında keçirib -1:1. Oyunda başqa qol olmayıb.
Bununla da millimiz üç oyunun ardından qrupdakı ilk xalını qazanıb.
Qarşılaşmanı çexiyalı FIFA referisi Andrey Berka idarə edib.
AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, III tur
17 iyun
20:00. Azərbaycan – Estoniya 1:1
Baş hakim: Andrey Berka
Bakı, “Dalğa Arena”
Qeyd edək ki, bu qrupun digər oyununda Belçika və Avstriya yığmaları üz-üzə gələcəklər.

