Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Azərbaycan millisi ilə oyundan sonra mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, isveçrəli mütəxəssis “Dalğa Arena”dakı qarşılaşmanın ardından kollektivindən razılıq bildirib:
“Oyunun sonlarına əsasən deyə bilərik ki, yaxşı qurtardıq. Ümumilikdə qarşılıqlı fürsətlər oldu. Bu mənada 1:1 hesabından razı qalmaq olar. Rəqib hesabda geridə idi, nəsə etməli idi.
Fasilədən sonra sistemi dəyişdilər. Onların fasilədən sonra üstümüzə gələcəyini gözləyirdik. Birinci hissədəki çıxışımızdan razı qaldım. Hətta şanslarımızdan yararlana bilmədik”.

