Ölkə futbolu

AVRO-2024: Millimiz İsveçi məğlub etdi – YENİLƏNİB

Millimiz AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib

İdmanxeber.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İsveçlə üz-üzə gəlib. Görüş Azərbaycan yığmasının qələbəsi ilə başa çatıb – 3:0.

Bu nəticənin ardından millimiz İsveçlə bərabər 7 xalla 3-4-cü pilləni bölüşür.

Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

AVRO-2024, seçmə mərhələ

21:00. Azərbaycan – İsveç 3:0

Qol: Emin Mahmudov, 3, 89, Renat Dadaşov, 6

Baş hakim: Ester Ştaubli (İsveçrə).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43