Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizəd futbolçuların siyahısı açıqlanıb.
İdmanxeber.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, siyahıda Alfredo Morelos (“Reyncers”), Patrik Kutrone (“Milan”), Leo Lima (PAOK) və İslam Slimaninin (“Fənərbaxça”) adı var. Futbolçuların hər biri ötən gün keçirilən görüşlərdə dubl edib.
Qeyd edək ki, azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək