Ölkə futbolu

Sokratis Papastatopulos: “Bəxtimiz gətirdi”

Sokratis oyundan sonra fikirlərini bidirib.

Avroliqanın qrup mərhələsinin II turunda səfərdə “Qarabağ”ı məğlub edən “Arsenal” komandasının müdafiəçisi Sokratis Papastatopulos oyundan sonra açıqlama verib. O, “Qarabağ”ın çox yaxşı oynadığını bildirirb:

“Rəqib çox yaxşı oynadı. Bizə qarşı daimi pressinq edərək hücuma çıxmamıza mane olurdular.  Qol buraxmadığımız üçün çox sevincliyəm. Çünki, “Qarabağ”ın kifayət qədər qol imkanları oldu. Düşünürəm ki, qol buraxmadığımız üçün bəxtimiz gətirdi. Ancaq oyunumuzda hər həftə biraz daha inkşaf olduğu hiss edilir. Bu, sevindirici haldır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43