Milli komanda Ölkə futbolu

“Avstriya və İsveçin səviyyəli oyunçuları var” – millimizin futbolçusu

“Komandada ab-hava çox yaxşıdır. Hazırlığımız normal keçir. Hamımız tam olaraq qarşıdakı oyunlara köklənmişik”.

Bu sözləri idmanxeber.az saytına Azərbaycan millisinin futbolçusu Elvin Camalov yığmanın AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirəcəyi Avstriya və İsveç komandalarına qarşı oyunlar barədə danışarkən deyib.

Təcrübəli oyunçu qrupdakı rəqiblərin asan olmadıqlarını bildirib:

“Hazırda Avropada zəif komanda qalmayıb. Qarşılaşacağımız rəqiblər barəsində xüsusi nəsə deməyə ehtiyac yoxdur. Avstriya və İsveçin heyətində kifayət qədər səviyyəli futbolçular var. Ancaq millinin formasında meydana çıxırıqsa, rəqiblərin adı, oyunların səfərdə olması arxa plana keçməlidir. Əgər baş məşqçi mənə şans versə, maksimum gücümlə mübarizə aparacam.

Millimizin son oyunlarda uğurlu seriyası var. Bunun davam etməsini arzulayırıq. Azarkeşlərimi yaxşı nəticə ilə sevindirmək istəyirik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43