Dünya futbolu

Mesut Özil karyerasını bitirdi

“Başakşəhər”in oyunçusu Mesut Özil karyerasını bitirib

İdmanxeber.az “Ntv Spor”a istinadən xəbər verir ki, təcrübəli futbolçu sosial şəbəkə hesabından bu barədə paylaşım edib. Ulduz futbolçu zədələrin buna səbəb olduğunu bildirib:

“Uzun müddətdir karyeramı bitirmək barədə düşünürəm. 17 ildir oynamaq ayrıcalıqdır. Bunu yaşadğım üçün çox sevincliəym. Ancaq uzun müddətli zədələr yaşayanda futboldan getmək vaxtının çatdığını başa düşdüm”.

Mesut uzun illər Almaniya millisinin şərəfini qoruyub. O, Türkiyədə ilk olaraq “Fənərbağça”da çıxış edib. Özil cari mövsüm zədə səbəbindən çox az oyunda forma geyinə bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43