Dünya futbolu

“Sevilya” türkiyəli qapıçı üçün təklif göndərib

Türkiyə I liqa təmsilçisi “Altınordu”nun qapıçısı Serhat Öztaşdelen karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Sevilya” klubu oyunçunun xidmətində maraqlıdır. La Liqa təmsilçisi 18 yaşlı qolkiper üçün İzmir klubuna rəsmi təklif göndərib.

Təklifin detalları barədə məlumat verilməyib. 9 yaşından bər “Altınordu”da çıxış edən Serhatın klubdan ayrılacağı gözlənilir.

Onun komandası ilə 2027-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43