10 İyul 2026
İdman

Azərbaycan ağırlıqqaldıranları Qran-pridə iştirak edəcəklər

Azərbaycan ağırlıqqaldıranları iyunun 8-də Kubanın paytaxtı Havanada start götürəcək Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Qran-prisində iştirak edəcəklər.

İdmanxeber.az-ın məlumata görə, 11 gün davam edəcək turnirdə Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) körpücük üzərinə çıxacaq.

2024-cü ildə Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 72 ölkədən 409 idmançının qatılacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43