Yarımmüdafiəçi Anxel Di Maria “Yuventus”dan ayrıldığını açıqlayıb.
İdmanxdeber.az-ın məlumatına görə, futbolçu bu barədə sosial şəbəkə hesabından paylaşım edib. O, Turin klubunda yaxşı günlər keçirdiyini bildirib:
“Çətin bir mərhələnin sonuna gəldim. Klubun titullar qazanması üçün əlindən gələni edən bir adamın rahatlığı ilə ayrılıram. Amma təəssüf ki, bu, mümkünsüz oldu. Uğursuzluğun acı dadı ilə gedirəm. Yaxşı dostlar qazandığım üçün isə sevincliyəm. Sizi möhkəm qucaqlayıram, hamınızı ürəyimdə olacaqsınız”.
35 yaşlı futbolçu 2022-ci ildən “Yuventus”da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.
Daha əvvəl argentinalı futbolçu ilə “Benfika” və “Qalatasaray”ın maraqlandığı bildirilirdi.

