05 İyun 2026
İdman

Azərbaycan gimnastlarından tarixi uğur

Azərbaycanın bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə çoxnövçülükdə 50.500 xalla qızıl medalın sahibi olublar.

Bu, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43