Ölkə futbolu

Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki görüşdə qüvvəsini sınayacaq.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda iyulun 14-də və 17-də Riqadakı Yanis Skredelis stadionunda Latviya yığması ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43