Ölkə futbolu

Paytaxt klubunun millinin sabiq üzvünə etdiyi TƏKLİFLƏR

“Səbail”lə müqaviləsi başa çatan Rahid Əmirquliyev karyerasını bitirmək niyyətində deyil.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “dənizçilər” oyunçuya yeni sözləşmə təklif etsə, kapitan bunu qəbul edəcək. O, daha bir mövsümdə karyerasını davam etdirmək istəyir.

Ancaq Əmirquliyev bölgə klublarından gələn təklifləri dəyərləndirməyəcək. Təcrübəli futbolçu karyerasını paytaxtda davam etdirmək niyyətindədir. 

“Səbail” rəhbərliyi isə hələlik kapitana yeni sözləşmə təklif etməyib. Ancaq müqavilə olmasa belə 34 yaşlı futbolçu “dənizçilər”dən ayrılmaya bilər.

Belə ki, rəhbərlik ona klubda ayrı bir iş verməyi düşünür. Artıq kapitana bir neçə təklif edilib.

Əmirquliyev klub akademiyasında və ya əvəzedici heyətdə baş məşqçi köməkçisi kimi çalışa bilər. O, hələ bu təkliflərə yekun cavab verməyib. 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43