Kateqoriyasız

Azərbaycanın mövqeyi dəyişmədi – UEFA reytinqi

Avropa Liqasında qrup mərhələsinin ilk oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.

Dünən baş tutan matçlardan sonra bəzi dəyişikliklər qeydə alınıb. Ancaq Azərbaycan əvvəlki mövqeyində qalıb.

“Qarabağ” öz meydanında “Sevilya”ya məğlub olsa da (0:3), ölkəmiz 17,750 xalla 26-cı pillədəki yerini qoruyub. 25-ci Qazaxıstan 18,750, 27-ci 16,625 xala malikdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43