04 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu Ermənistanda – FOTO

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli İrəvana çatıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə oyunçu sosial şəbəkə hesabından paylaşım edib. O, yeni komandası Albaniyanın “Eqnatiya” klubu ilə birgə Ermənistana yollanıb.

Qeyd edək ki, Albaniya təmsilçisi Konfrans Liqasında Ermənistanın “Ararat-Armenia” klubuna rəqib olub. İlk oyun iyulun 13-də İrəvanda, cavab matçı iyulun 20-də Albaniyada olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43