“Roma” “Lids”dən Rasmus Kristenseni icarəyə götürüb.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu yay “Lids”dən 2-ci transferini eləməyə hazırlaşır. İlk transfer yenə icarə əsasında Dieqo Llorente olmuşdu.
Rasmus müdafiənin sağında oynuyur. O, ötən mövsüm qoşulduğu İngiltərə klubunda 30 oyuna çıxıb və 3 qol vurmağı bacarıb.

