Futbolun İnkişaf Fondu “Kəpəz” klubuna sponsor axtarışlarını davam etdirir.
Bu barədə idmanxeber.az saytına qurumun rəhbəri Tural Piriyev məlumat verib. O bildirib ki, məsələ ilə bağlı danışıqlar getsə də, konkret nəticə yoxdur:
“Bəzi iş adamları ilə görüşlərimiz davam edir. Ancaq imzalar atılana qədər nəsə demək düzgün olmaz. Müsbət nəticə olanda məlumat verəcəyik”.
Həsən Quluzadə

