04 İyul 2026
Ölkə futbolu

UEFA “Qarabağ” klubuna ödəniş etdi

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştiraka görə “köhlən atlar”a 27.943 (iyirmi yeddi min doqquz yüz qırx üç) avro maliyyə vəsaiti ayırıb.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43