07 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu iki xarici kluba “yox” dedi

“Şamaxı”nın futbolçusu Cəlal Cəbrayılov Latviya klublarının təklifini geri çevirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, sözügedən ölkənin “Dauqavpils” və “Super Nova” komandaları 21 yaşlı hücumçunun xidmətində maraqlı olublar.

Latviyada mövsüm oktyabr ayında bitdiyi üçün həmyerlimizə 3 aylıq müqavilə təklif edilib. Ancaq həmin aydan sonra klubsuz qalmaqdan ehtiyat edən Cəbrayılov hər iki  təklifi də geri çevirib.

Ötən mövsümü I Liqa təmsilçisi “Zaqatala”da keçirən Cəlal 15 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43