Bakının AZAL klubunun qələbəsiz oyunlar seriyası başa çatıb. Ardıcıl 10 oyunda qələbə qazana bilməyən Vaqif Sadıqovun yetirmələri Topaz Premyer Liqasının XVI turunun “Rəvan”la görüşündə meydanı qalib kimi tərk edib – 2:1. Sonuncu dəfə V turda qələbə qazanan AZAL sentyabrın 1-də səfərdə “Qarabağ”ı məğlub etmişdi – 1:0. 98 gündən sonra yenidən 3 xal əldə edən AZAL bu müddətdə 6 heç-heçə edib və 4 dəfə məğlub olub.
Qeyd edək ki, bu uğursuzluq zolağı klubun tarixində ən uzun qələbəsiz matçlar seriyasıdır.