01 İyul 2026
Ölkə futbolu

Azərbaycan klubunda vitse-prezident istefa verdi

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən “Şahdağ” klubunda istefa gerçəkləşib.

İdmanxeber.com-un klubun rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, Qusar təmsilçisinin vitse -prezidenti Rüstəm Əzimov tutduğu vəzifədən ayrılıb. 2011-ci ilən bu yana komandasında mətbuat katibi kimi çalışan Əzimov, ötən ildən bu yana isə vitse-prezident postunu tutmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43